Nami الأذربيجانية (لاتينية) 1442
Nami
“...Atam məni ucuz romanlardakı kimi Murada “sat- maq” istəyirdi”. Baninin "Nami" romanı bu cümlə ilə başlayır. Elə bu cümlə ilə də Namini tamamilə fərqli bir həyatın içinə atırlar. Roman həm də avtobioqrafikdir: neft milyonçuları ilə qohumluq, məcburi evlilik, inqilab, qürbət, tənhalıq... Və XX əsrin əvvəllərinin Bakısı... Küçələrdə çadraya bürünənlərlə Paris qiyafəli insanlar göründüyü kimi, ruhlarda da bu ziddiyyətlər vardır. Hətta ağını çıxaracaq həddə şişirdilmiş formada...

